Günəşdə ard-arda 6 güclü partlayış olub

4 Yanvar 2025 15:32

Günəşdə altı güclü partlayış olub, onlardan biri ən yüksək X sinfinə aiddir.

Milli.Az xəbər verir ki, bu barədə TASS Rusiyanın Tətbiqi Geofizika İnstitutuna istinadla məlumat yayıb.

Partlayışlar yanvarın 4-də Bakı vaxtı ilə 02:41-də qeydə alınıb. X1.1 partlayışı 24 dəqiqə davam edib.

Milli.Az