Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı

3 Yanvar 2025 22:48

Türkiyənin Diyarbəkir vilayətində Narin Güranın qətlə yetirildiyi kəndin imamı vəzifəsindən azad edilib.

Məlumata görə, Narinin qətli ilə bağlı istintaq zamanı saxlanılan və daha sonra azadlığa buraxılan, telefonunda qeyri-etik görüntülərin olduğu iddia edilən imam barəsində inzibati istintaq başladılıb və Türkiyənin Dini İşlər İdarəsi tərəfindən onun vəzifəsindən uzaqlaşdırılmasına qərar verilib.(oxu.az)

Milli.Az