Almaniya aeroportlarında kompüterlər sıradan çıxdı

3 Yanvar 2025 21:36

Almaniyanın bütün hava limanlarında federal polisin kompüter sistemi sıradan çıxıb.

Milli.Az xəbər verir ki, bu barədə "Bild" hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, problem işçilərin Almaniyaya girişə nəzarət etmək üçün istifadə etdikləri sistemlərə təsir edib:

"Həmkarlarımız sistemin əvvəllər etdiyini indi öz əlləri ilə etmək məcburiyyətindədirlər. Hələ öhdəsindən gələ bilirik". (axar.az)

Milli.Az