ABŞ-də hücum həyata keçirən şəxslə bağlı dəhşətli fakt

2 Yanvar 2025 22:00

ABŞ-ın Luiziana ştatının Nyu Orlean şəhərində terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına fəaliyyət göstərib.

Milli.Az xəbər verir ki, bu barədə FTB-nin direktor müavini Kristofer Raya mətbuat konfransında məlumat verib.

"Yeni Orleandakı hücumda təşkilatçı olaraq başqa kiminsə iştirak etdiyini düşünmürük", - FTB rəsmisi qeyd edib. /APA

Milli.Az