Cəza qazandığı 500 mini uşaqlara hədiyyə etdi

1 Yanvar 2025 22:22

Türkiyəli məşhur reper Ceza "Kim Milyoner Olmak İster" verilişinin Yeni il xüsusi buraxılışında 1 milyon TL-lik sualı ilə gündəmə gəlib.

Milli.Az musavat.com-a istinadla xəbər verir ki, məşhur reper doğru cavabdan əmin ola bilmədiyi üçün 500 min TL ilə yarışmadan geri çəkilib.

O, daha sonra yarışmadan qazandığı pulu Uşaqların Müdafiəsi Agentliyinə bağışlayacağını açıqlayıb.

Cezanın bu davranışı Türkiyədə böyük marağa səbəb olub. Onun bu addımı sosial mediada geniş müzakirə edilib. Tanınmış reperin bu hərəkəti tamaşaçılar tərəfindən də böyük rəğbətlə qarşılanıb.

Milli.Az