Türkiyədə yarım milyon insanın iştirakı ilə AKSİYA

1 Yanvar 2025 17:08

Türkiyənin İstanbul şəhərində Fələstinə dəstək məqsədilə keçirilən yürüşü 450 mindən çox adam qatılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Yürüşdə 400-ə yaxın ictimai təşkilat üzvünün iştirak etdiyi açıqlanıb.

Minlərlə insan Ayasofya, Sultan Əhməd, Fatih, Süleymaniyə və Eminönü məscidlərində sübh namazı qıldıqdan sonra "Dünən Ayasofya, bu gün Əməvi, sabah Əl-Əqsa məscidi" tipli şüarlar səsləndirərək Qalata körpüsünə doğru hərəkət edib.

Vəziyyətlə əlaqədar yürüşün təşkil olunduğu bölgədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. /Teleqraf.com

Milli.Az