Prezident: Azərbaycan əmin-amanlıq, şəraitində yaşayır və əminəm ki, bundan sonra əmin-amanlıq əbədi olacaqdır

31 Dekabr 2024 23:44

Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində söyləyib.

Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaların davam etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır".

Milli.Az