Fransa Suriyanı raketlərlə vurdu

31 Dekabr 2024 17:37

Fransa Suriyada İŞİD terror təşkilatının obyektlərinə raket zərbələri endirib.

Milli.Az bildirir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastiyen Lekornu məlumat verib.

Nazir X-də yazıb: "Bazar günü Fransa Hərbi Hava Qüvvələri Suriya ərazisində yerləşən İŞİD-in obyektlərinə zərbələr endirib".

Fransanın hava hücumu ABŞ-ın Suriyada iki İŞİD yaraqlısını öldürdüyünü bildirdiyi oxşar tədbirdən sonra həyata keçirilib. /Teleqraf.com

Milli.Az