Sosial şəbəkələrdə canlı yayım açıb qumar oynayanları bu cəza gözləyir

31 Dekabr 2024 18:17

6-7 nəfər canlı yayıma qoşularaq qumar oynayır...

Milli.Az xəbər verir ki, uduzub oyundan çıxanlar da var, 40 manatla başladığı oyunda 3 dəqiqədən sonra 80 manatı itirməsinə baxmayaraq davam edən də...

Son zamanlarda sosial şəbəkələrdə bu kimi halların sayı artıb.

Hüquqşünasların sözlərinə görə, oyunda iştirak edən şəxsləri 3 min manat cərimə gözləyir. Qumar oyunlarının təşkil olunmasına görə isə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər 40 min manat məbləğində cərimə edilir.

Daxili İşlər Nazirliyindən isə 'Xəzər Xəbər''ə bildirildi ki, məsələ artıq nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. /Xezerxeber.az

Milli.Az