Stavropoldakı partlayışda xəsarət alan azərbaycanlının vəziyyəti sabitləşib
28 May 2010 13:41
Bu barədə Trend-ə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Stavropol şöbəsindən bildirilib. Şöbənin əməkdaşının sözlərinə görə, partlayışdan sonra vəziyyəti ağır kimi qiymətləndirilən Ayxan Bəxtirov 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsindədir. Bu gün onu süni nəfəs aparatında ayırıblar.
Xatırladaq ki, mayın 26-da Stavropoldakı Mədəniyyət və İdman Sarayının yaxınlığında güclü partlayış baş verib. Hadisə "Vaynax" çeçen rəqs ansamblının konsertinin başlmasına 15 dəqiqə qalmışa təsadüf edib. Partlayış nəticəsində 7 nəfər ölüb, 40-dan artıq adam xəsarət alıb.