Dekabrda Azərbaycanda 22 dərəcə şaxta olub

31 Dekabr 2024 13:26

Bu il Bakıda və Abşeron yarımadasında maksimal temperatur 39 dərəcə (avqustun 5-i), bölgələr üzrə isə Hacıqabulda 43.5 dərəcə (iyulun 5-i) qeydə alınıb.

Milli.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

O qeyd edib ki, cari il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta qeydə alınıb.

Xidmət rəisi vurğulayıb ki, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə edilib.

Milli.Az