Suriya tarixində İLK: qadın bu vəzifəyə təyin edildi

31 Dekabr 2024 10:20

Suriya tarixində ilk dəfə bir qadın ölkənin Mərkəzi Bankının rəhbəri vəzifəsinə təyin edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Suriyanın yeni hökuməti Meysə Sabirinə bankın sədri işini idarə etməyi tapşırıb.

Qeyd edək ki, Meysə Sabirin daha öncə Suriya Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsində çalışıb.

Milli.Az