“Barselona” “Real”ın hədəfinə göz dikdi

30 Dekabr 2024 10:12

"Barselona" "Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Devislə maraqlanır. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumata görə, Kataloniya təmsilçisinin əzəli rəqibi "Real Madrid" futbolçunu növbəti transfer pəncərəsində almaq istəyir və artıq danışıqlar aparır.

Xatırladaq ki, Devis "Bavariya"nın heyətinə 2019-cu ildə qoşulub. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. O, bu mövsüm 21 matçda iştirak edib, bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalına görə, futbolçunun transfer qiyməti 50 milyon avrodur.

Milli.Az