Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini Prezidentə başsağlığı məktubu ünvanlayıb

29 Dekabr 2024 18:20

Rusiyanın Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verirəm.

Bu ağır itkinin kədərini bölüşürəm, yaralananların tezliklə sağalmalarını arzulayıram".

Milli.Az