Əli Əsədov: Bu, bütün xalqımızın faciəsidir - FOTO

29 Dekabr 2024 15:53

"Bu, bütün xalqımızın faciəsidir. Həlak olan vətəndaşlarımızın ailəsinə, xalqımıza təsəlli vermək istəyirəm. Allah rəhmət eləsin".

Milli.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Fəxri Xiyabanda aviaqəzada həlak olan ekipaj üzvlərinin dəfn mərasimində deyib.

Baş nazir həmçinin qeyd edib ki, təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinin göstərişi ilə dərhal komissiya yaradılıb, araşdırma aparılır. /Apa

Milli.Az