Fəxri Dərviş Suriyada saxlanıldı

29 Dekabr 2024 16:46

Suriyada İran İslam İnqilabı keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının proksi qüvvələrinin ofisinin rəhbəri Fəxri Dərviş saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, həbs Hələbdə həyata keçirilib.

Məlumata görə, Fəxri Dərviş Suriyada insanların kütləvi şəkildə öldürülməsində iştirak edib.

Milli.Az