Bütün uçuşları ləğv etdilər

29 Dekabr 2024 15:00

Cənubi Koreyanın Muan hava limanında bu gün səhər baş verən təyyarə qəzasından sonra bütün daxili və beynəlxalq reyslər ləğv edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin "JoongAng Ilbo" portalı yayıb. 

"Muan beynəlxalq aeroportuna gəlməli olan bütün reyslər ləğv edilib", - deyə məlumatda qeyd olunub.

Milli.Az