Juninyo "Sevilya"ya gedir? ispan nəşr təsdiqlədi

29 Dekabr 2024 06:47

"Qarabağ"ın futbolçusu Juninyonun "Sevilya"ya transferi tamamlanmaq üzrədir.

Milli.Az xəbər verir ki, bu barədə İspaniya mediası yazıb.

Bildirilib ki, artıq klublar arasında razılıq əldə olunub.

Braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək.

Qeyd olunub ki, "Sevilya" Juninyonun transferi ilə bağlı "Qarabağ"la bəzi detallar istisna olmaqla anlaşıb.

28 yaşlı forvardın komandanın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir. (Publika.az)

Milli.Az