Zurabişvili dediyindən dönmədi

29 Dekabr 2024 00:04

Gürcüstan Prezidenti Salome Zurabişvili varisinin andiçmə mərasimi ərəfəsində iqamətgahında gecələyəcəyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda o, videomüraciətində deyib.

"Sizi Orbeliani sarayından salamlayıram. Mən buradayam, burada olacağam və burada gecələyəcəm", - deyə siyasətçi qeyd edib.

O, tərəfdarlarını ertəsi gün yerli saatla 10:00-da iqamətgaha gəlməyə çağırıb. Sonra gələcək planlarını açıqlayacaq.

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.

Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlamışdı.

Milli.Az