Birbaşa efirdə deputat davası: əvvəl çəkmə, sonra tapança - VİDEO

7 İyul 2012 15:29
Milli.Az "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, millət vəkili Məhəmməd Şəvabəkan proqram zamanı siyasi analitik Mənsur Seyfəddin əl Din Murad ilə sərt mübahisə etməyə başlayıb.

Siyasi analitik Şəvabəkaya "Sən İsrailin MOSSAD kəşfiyyatının agentisən!" deyəndən sonra millət vəkili çox hirslənib.

Əvvəlcə ayağındakı çəkməsini çıxarıb əl Din Murada atan deputat sonra belindəki tapançanı çıxarıb analitikin üstünə cumub.

Proqramın aparıcısı deputatı zorla sakitləşdirərək studiyada qətlin qarşısını alıb.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.