Füzulidə xəstəxana tikiləcək - 70 milyon manat ayrıldı

28 Dekabr 2024 18:03

Füzuli Rayon Mərkəzi Xəstəxananın tikintisinə ayrılacaq vəsaitin həcmi məlum olub

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.

Məlumata görə, qurum xəstəxananın tikilməsi ilə bağlı işlərin icrasını "Uni KO" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, sözügedən xəstəxananın tikintisi 70 milyon manata başa gələcək.

Qeyd edək ki, "Uni KO" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 000 020 manat olan QSC-nin qanuni təmsilçisi Axundov Elçin Muxtar oğludur.

Milli.Az