Mahaçqalada yataqxanada yanğın baş verib.
Milli.Az rus mətbuatına istinadən xəbər verir ki, baş verən yanğın nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə ağır yanıq xəsarətləri alıb.
Yanğın səhər saat 6 radələrində Muxtar Əzizov küçəsində yerləşən keçmiş "Steklovolokno" zavodunun yataqxanasında baş verib. Alov qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində Mahaçqala sakini Maqomedov Gimbat Maqomedoviç ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti çox ağır olaraq qiymətləndirilir və hazırda reanimasiyada müalicə olunur. Təəssüf ki, yanğın baş verən otağın digər sakini Kəmaludin Nəbiullayeviç Qurbanov həyatını itirib.
Yanğının başvermə səbəbləri hazırda istintaq xidməti tərəfindən araşdırılır.
Hadisə ilə bağlı əlavə məlumatların verilməsi gözlənilir.
Fidan
Milli.Az