Arizona Universitetinin professoru Vişnu Reddi Yer kürəsinin ətrafında fırlanan kosmik tullantıların təhlükəsi barədə danışıb.
Milli.Az xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsində deyib.
"Son dörd ildə kosmosa buraxdığımız obyektlərin sayı eksponent olaraq artıb. Həmişə qorxduğumuz vəziyyət yaxınlaşır",-deyə o bildirib. Alimin sözlərinə görə, telekommunikasiya peykləri bu orbitdə fırlandığı üçün ən böyük təhlükə Yerdən 35 km uzaqlıqdakı kosmik tullantılar yaradır. Eyni zamanda, alimlərin heç biri Yerə yaxın fəzanın peyklər üçün tamamilə yararsız olmasına gətirib çıxara biləcək hipotetik proses olan Kessler sindromundan necə qorunmağı dəqiq deyə bilmir.
Kessler sindromu baş verdikdə orbitdə olan iki cismin toqquşması digər obyektlərə dəyəcək və daha da çox fraqment əmələ gətirəcək çoxlu fraqmentlər yaradacaq. Bundan əvvəl Roskosmos bildirmişdi ki, "Progress MS-28" nəqliyyat yük gəmisi kosmik tullantılarla toqquşmamaq üçün Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitini tənzimləyib./editor.az
Milli.Az