ABŞ Ukraynaya 1,25 milyard dollarlıq yardım edəcək

28 Dekabr 2024 20:45

ABŞ prezidenti Co Bayden administrasiyasının gələn həftə Ukraynaya 1,25 milyard dollar dəyərində hərbi yardım göndərəcəyini açıqlayacağı gözlənilir.

Milli.Az Tass-a istinadən xəbər verir ki,  Kiyevə göndəriləcək yeni yardım paketində Milli Qabaqcıl Yer-Hava Raket Sistemləri (NASAMS) və HAWK hava hücumundan müdafiə sistemi də daxil olmaqla əhəmiyyətli miqdarda sursat olacaq. Həmçinin, Stinger raketləri və 155 mm və 105 mm-lik artilleriya mərmiləri də göndəriləcək.

Rəsmilər paketlə bağlı daha çox detalın bazar ertəsi günü açıqlanacağını bildirsələr də, hələlik anonimlik şərti ilə danışaraq ictimaiyyətə açıqlanmayacaq məlumatları təqdim ediblər.

Nərmin
Milli.Az