"Arka Sokaklar"ın yeni seriyası nə vaxt yayımlanacaq?

28 Dekabr 2024 10:41

Türkiyənin ən uzunömürlü serialı "Arka Sokaklar" dünən gecə də yayımlanmayıb.

Milli.Az xəbər verir ki, buna səbəb RTÜK-ün tətbiq etdiyi qadağa müddətinin hələ bitməməsidir.

Kanal D "Arka Sokaklar" serialının yerinə sənədli film yayımlayıb. Serialın cəza müddəti 3 yanvar tarixinə qədər davam edəcək.

RTÜK serialın yayımladığı bəzi səhnələrdə dini inancların yalnız bir qrup və ya şəxsin əlindəymiş kimi göstərilməsi və dövlətin hüquq-mühafizə orqanlarına qarşı təhdidkar ifadələrin yer almasını yayım prinsiplərinə zidd hesab edib. Bu səbəblə Kanal D-yə inzibati cərimə ilə yanaşı, serial üçün də yayımdan dayandırma cəzası tətbiq olunub.

İsmayıl
Milli.Az