İşlənmiş avtomobil alarkən nəyə fikir vermək lazımdır? - 5 məsləhət

28 Dekabr 2024 09:17

İşlənmiş avtomobil almaq diqqətli yanaşma tələb edən məsuliyyətli bir qərardır. Maşının vəziyyətini düzgün qiymətləndirmək və alışdan sonra məyusluqlardan qaçmaq üçün bəzi nüanslarını bilmək lazımdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gazeta.ru bununla bağlı avtomobil ekspertləri ilə danışıb.

Birinci məsləhət - kuzanı diqqətlə yoxlamaqdır. Detallar arasında bərabər aralıqlar, qapı tutacaqlarında və ötürmə qutusunun dəstəyində lüftün olmaması yaxşı vəziyyətin və keyfiyyətli yığımın əlamətləridir. Qeyri-bərabər boşluqlar keçmişdə qəza və ya keyfiyyətsiz təmirin göstəricisi ola bilər.

İkinci məqam - elektronikanın yoxlanılmasıdır. İqlim-nəzarət, sensor panelləri və digər elektron sistemlərin düzgün işlədiyinə əmin olun. Nasazlıqlar ciddi problemlərə işarə edə və gələcəkdə bahalı təmir tələb edə bilər.

Həmçinin ekspertlər konkret modelin sahiblərinin, xüsusilə mühərrik və transmissiya haqqında rəylərini oxumağı məsləhət görürlər. Bu, aqreqatların yeyilməyə qədər tipik xidmət müddətini öyrənməyə və avtomobilin təmirsiz nə qədər istismar edilə biləcəyini proqnozlaşdırmağa imkan verəcək.

Mütləq müxtəlif yol örtüklərində test-drayv keçirin. Salonda səs səviyyəsinə diqqət yetirin - mühərrik bölməsinin və ya təkər arklarının zəif səs izolyasiyası narahatlıq mənbəyi ola bilər. Sorğulara görə, işlənmiş avtomobil alıcılarının hər beşindən biri sürüş zamanı yüksək səsdən şikayət edir.

Son tövsiyə istismar rahatlığına aiddir. Klirens və baqajdan istifadə rahatlığı kimi nüansları nəzərə alın. Aşağı klirens pis yollarda hərəkəti çətinləşdirəcək, baqaj tutacağının uğursuz konstruksiyası isə əşyaların yüklənməsi zamanı qıcıqlandıracaq. Ehtiyaclarınızı düşünün və onlara maksimum uyğun olan avtomobili seçin.

Milli.Az