"Mən dəfələrlə Suriya hökumətinə, xarici işlər nazirinə, hətta Bəşər Əsədin özünə Türkiyə ilə danışıqlara getməyi tövsiyə etdim, ancaq Suriya hökuməti və Bəşər Əsəd danışıqlarla razılaşmadılar".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
O, bildirib ki, İran Suriya hökuməti və müxalifət arasında münasibətlərə kömək etməyə çalışıb.
"Son nəticədə müxalif qruplar və digər hökumətlərlə danışıb-danışmamaq Suriyanın öz qərarı idi. Bəşər Əsədi sonuncu dəfə görəndə ona dedim ki, Suriya ordusunda əhval-ruhiyyə yoxdur və ordunun mənəviyyatını yüksəltmək lazımdır", - deyə XİN başçısı qeyd edib.
Milli.Az