“Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” - Ağ Ev

27 Dekabr 2024 23:37

"Sübutlar Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarının təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

"Bu təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi ilkin əlamətlər müşahidə etmişik".

Kirbi bildirib ki, ABŞ hökuməti Qazaxıstan və Azərbaycan rəsmilərinə istintaqda kömək etməyi də təklif edib.

Milli.Az