Yeni ildən bu sahələrdə əmək haqqlarında artım olacaq

27 Dekabr 2024 23:00

2024-cü ilin bitməsinə az qalıb. Vətəndaşların yeni ildən gözləntiləri çoxdur.

Bəs görəsən növbəti il kimlərin maaşı nə qədər artacaq? 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, cari ildə olduğu kimi gələn ildə də bir sıra sahələr üzrə əməkhaqlarında artımlar nəzərdə tutulur.

İqtisadçı onu da bildirdi ki, gələn il dövlət sektorundakı artımlara uyğun olaraq özəl müəssisələrdə işləyənlərin də maaşlarında dəyişiklik gözlənilir. 

Təhsil üzrə ekspert Səbuhi Abdullayevin fikrincə, növbəti ildən təhsil sektrounda da müəyyən dəyişikliklər gözlənilir.

Onun sözlərinə görə, həm müəllimlərin maaşlarında həm də tələbə təqaüdlərində artımların olacağı ehtimal olunur.

Milli.Az