Belarus olmaq istəmirik, mübarizə bitməyib - Zurabişvili

28 Dekabr 2024 00:10

"Biz Belarus olmaq istəmirik, buna görə də vətəndaşlar küçələrdə etiraz edirlər".

Milli.Az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Böyük Britaniyanın "Rest Is Politics" podkastına müsahibəsində deyib.

Onun fikrincə, Rusiya Qərblə bağlı olan demokratik ölkələri idarə etməyə çalışır.

"Bizim demokratik tərəfdaşların yeni reallığı qəbul etmələrinin vaxtı artıq yetişib. Prezidentdən başqa bizdə heç bir müstəqil dövlət institutu yoxdur. Əgər Rusiya görsə ki, Gürcüstandakı strategiyası uğurludur, növbəti dəfə Avropa İttifaqı ölkələrində daha çox işlər görəcək. Əgər Kavelaşvili dekabrın 29-da prezident olsa, bu Rusiyanın qələbəsi olmayacaq, çünki hər şey bitməyib", - S.Zurabişvili söyləyib.

Prezident gürcü xalqının demokratik dövlət uğrunda mübarizəsinin bitmədiyini qeyd edib. (Teleqraf.com)

Milli.Az