"Çox istərdim ki, Hökuməyə "Milli Qəhrəman" adı verilsin" - FOTO

27 Dekabr 2024 22:31

"Hökumə deyib-gülən biri idi. Məni hər görəndə kefimi soruşardı, "dayı, necəsiniz?" deyərdi. Fərq qoymadan hər kəsə hörmət bəsləyirdi. Ölümə getdiyini bildiyi halda hamını sakitləşdirirdi. O videoya baxanda, Hökumənin sözlərini eşidəndə xeyli ağladım, içim yandı, çox pis oldum. Çox istərdim ki, ona "Milli Qəhrəman" adı verilsin".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Aktau şəhərində qəzaya uğrayan "Embraer" təyyarəsində həlak olmuş bələdçi Hökumə Əliyevanı tanıyan və AZAL-da 21 ildir dülgər işləyən Əli Mahmudov deyib.

O, sözlərinə belə davam edib:

"Son uçuşları idi, ona vəzifə vermişdilər. Qismət olmadı. Allah rəhmət eləsin".

Milli.Az