Bir həyətdən 85 çətənə kolu çıxdı

28 May 2010 17:34
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Maştağa qəsəbəsi Albalılıq bağ evində yaşayan Vaqif Əliyevin həyətindən yaş çəkisi 9 kiloqram 110 qram olan 85 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Sabunçu RPİ-nin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində V.Əliyev saxlanılıb.

Milli.Az