Türkiyədə də "TikTok"erlər saxlanıldı

27 Dekabr 2024 19:20

Türkiyədə sosial fenomenlərə qarşı əməliyyat keçirilib.

Milli.Az bildirir ki, əməliyyatlar İstanbul şəhərində Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baş tutub. Yeddi sosial media fenomeninə qarşı keçirilən əməliyyatlar nəticəsində TikTok-da qanunsuz mərc oyunları təşkil edən 6 fenomen saxlanılıb. Onlardan birinin də saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, onlar Elanur Bulut, Salim Çato, Zeynep Buse Korkmaz, Buse Plan, Okan Serbes və Tuna Yurdakuldur.

Saxlanılanlar istintaqa təhvil verilib. /Lent.az

Milli.Az