"Trabzonspor" "Qarabağ"ın 23 yaşlı futbolçusu Toral Bayramovun transferi ilə maraqlanır.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, klub artıq futbolçunu heyətinə qatmaq üçün ilkin addımları atıb.
Qara dəniz təmsilçisinin azərbaycanlı sol cinah müdafiəçisini canlı izlədiyi və onun performansını bəyəndiyi bildirilir. "Trabzonspor"un yanvar ayında Azərbaycan milli komandasının üzvünü transfer etmək üçün cəhd edəcəyi gözlənilir.
Qeyd edək ki, Toral Bayramov "Qarabağ"la 2026-cı ilə qədər müqaviləyə malikdir və bu mövsüm 29 oyunda 8 qol və 6 məhsuldar ötürmə ilə diqqət çəkib. O, həm sol cinah müdafiəçisi, həm də sağ cinah müdafiəçisi kimi çıxış edə bilən çox yönlü futbolçudur.
Fidan
Milli.Az