Bütün bunlardan ən çox qazanan İsrail oldu - Xomeyninin nəvəsi

27 Dekabr 2024 15:46

İslam dünyası Qəzza hadisələri, Livan müharibəsi, Seyid Həsən Nəsrullahın şəhadəti və Suriyadakı acı hadisələrlə bağlı çox mürəkkəb vəziyyətlə üzləşib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni deyib.

"Bütün bu baş verənlərdən ən çox qazanan İsrail oldu və ümid edirəm ki, bundan sonra İsrail bu hadisələrdən xeyir götürə bilməyəcək", - o əlavə edib.

Milli.Az