Cənubi Koreya müvəqqəti prezidentə impiçment elan edəcək

27 Dekabr 2024 17:53

Cənubi Koreya Milli Assambleyasının bu gün Koreya Respublikasının prezidenti vəzifəsini icra edən və baş naziri Han Duk-sunun aparıcı müxalifət partiyası Toburo tərəfindən irəli sürülən impiçmenti ilə bağlı səsvermə keçirəcəyi gözlənilir.

Milli.Az Tass-a istinadən xəbər verir ki, vəziyyət impiçment üçün tələb olunan meyarlarla bağlı mübahisələrə səbəb olur. Səsvermənin dekabrın 27-də keçiriləcəyi gözlənilir.

Koreya Respublikasının Konstitusiyasına görə, prezidentin impiçmenti üçün parlament üzvlərinin 300 səsindən 200-nün səsi tələb olunur. Toburo qanunvericilik məclisində 170 yerə nəzarət edir.

Qeyd edək ki, bu, Cənubi Koreya tarixində ilk  prezident səlahiyyətlərini icra edən şəxsə impiçment elan etmək cəhdidir.

Nərmin
Milli.Az