Parkın ətrafına dəmir boruları kim basdırıb?

28 Dekabr 2024 07:48

Yasamal rayonu Hüseyn Cavid parkının yaxınlığında basdırılan dəmir borular sakinlərin gediş-gəlişinə maneə olur.

Milli.Az xəbər verir ki, sakinlər gecə saaatlarında bu küçənin qaranlıq olduğundan insanlar üçün təhlükəli olduğunu bildiriblər. 

Hətta borulara görə bəzi şəxslər yıxılıb xəsarət alıblar.

Bəs bu boruları kim basdırıb? 

Parka cavabdeh şəxslər həmin boruların parka aidiyyatı olmadığını bildirib.

"Amma müvafiq tədbirlər görüləcək. Təhlükə yaradan boruların çıxarılması üçün qurumlara müraciət olunacaq". 

Aysel Əkbər
Milli.Az