Yaralananların bir qismi yaxın müddətdə evlərinə buraxılacaq

27 Dekabr 2024 12:07

Təyyarə qəzasında yaralananların bir qismi yaxın müddətdə evlərinə buraxılacaq.

Milli.Az xəbər verir ki, bunu bu gün səhiyyə naziri Teymur Musayev "Yeni Klinika"a yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dünən gətirilən yaralıların ilkin müayinələri bitib və hazırda onların vəziyyəti qənaətbəxşdir, stabildir:

"Onların böyük bir qismi yaxın müddətdə sağlam vəziyyətdə evlərinə buraxılacaqlar".

Milli.Az