Türkiyədə 2025-ci ilin yanvar ayından etibarən ödənişli hərbi xidmət haqqı ilə bağlı yeniliklər gündəmdədir. Dövlət qulluqçularına edilən artımlarla paralel dəyişən bu məbləğ 2024-cü ildən bəri artırılmağa davam edir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayından etibarən dövlət qulluqçularına planlaşdırılan 12,29% xalis maaş artımı ilə ödənişli hərbi xidmət haqqının da 244.647 TL-ə yüksələcəyi gözlənilir. Lakin bu məbləğin tam dəqiq rəqəmi dekabr ayında inflyasiya səviyyəsinin elan edilməsindən sonra məlum olacaq. İnflyasiyaya uyğun olaraq rəqəmin bir qədər artıb-azalması mümkündür.
Ödənişli hərbi xidmətə müraciət etməyi planlaşdıranlar 2025-ci ilin yanvar ayından sonra tətbiq ediləcək yeni məbləği nəzərə almalıdırlar.
Qeyd edək ki, sonuncu artım 2024-cü ilin iyul ayında baş tutmuşdu. Bu artım nəticəsində ödənişli hərbi xidmət haqqı 19,31% artırılaraq 182.609 TL-dən 217.871 TL-ə yüksəldilmişdi.
Fidan
Milli.Az