Alimlər müəyyənləşdiriblər ki, milyonlarla insanın bilmədən etdiyi bu səhv yoğun bağırsaq ( kolon ) xərçəngi yarada bilir.
Milli.Az xəbər verir ki, kolon xərçənginin əsas risk amilləri arasında siqaret çəkmək və antibiotiklərin nəzarətsiz istifadəsi olduğu açıqlanıb. ABŞ-dəkı alimlər kolon xərçənginin geniş yayıldığı və ölümcül ola biləcək səhvləri araşdıraraq bu xərçəng növünün qarşısını almağın yollarını müzakirə ediblər.
Birmingham Gastroenterologiya Assosiasiyasından Dr. Dasher və mütəxəssislər siqaretin kolon və qida borusu xərçənglərinə yol açma ehtimalını ciddi şəkildə artırdığını vurğulayıblar. Onların fikrincə, rektal qanaxma, bağırsaq vərdişlərində dəyişikliklər və gözlənilməz çəki itkisi kimi simptomlar kolon xərçənginin ilkin əlamətləri ola bilər.
Kolon xərçənginin inkişafı, adətən, kolonun daxili səthində yaranan və xoşxassəli poliplərin zamanla xərçəngə çevrilməsi ilə başlayır. Müalicə erkən mərhələdə poliplərin cərrahi yolla çıxarılması ilə mümkün olsa da, gecikmiş hallarda kemoterapi və ya radioterapi tələb olunur. Ertələnmiş diaqnoz xəstəliyin daha da yayılmasına səbəb olur və sağalma ehtimalını azaldır.
Həkimlər sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, siqaretdən uzaq durma və alkoqol istifadəsinin məhdudlaşdırılmasının kolon xərçənginə tutulma riskini azaltmağa kömək edəcəyini bildirirlər. Bu səbəbdən xüsusilə risk altında olan şəxslərin müntəzəm tibbi müayinələrdən keçməsi vacib hesab olunur.
İsmayıl
Milli.Az