Corcina Ronaldoya "Rolls-Royce Dawn" hədiyyə etdi - FOTO

27 Dekabr 2024 11:22

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes Milad bayramı münasibətilə futbolçuya "Rolls-Royce Dawn" avtomobili hədiyyə edib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Corcina hədiyyənin şəklini sosial şəbəkələrdə paylaşıb.

Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanında yaşayır və 2023-cü ilin yanvarından "Əl-Nəsr" komandasının heyətində çıxış edir.

Ölkədə nikahdankənar birlikdə yaşamaq qadağan olunmasına baxmayaraq, Ronaldoya xüsusi icazə verilib və o, övladlarının anası ilə birgə yaşayır.

Fidan
Milil.Az