Yaralı Nurulla Siracov: “Yoldaşım üçün çox darıxıram...”

27 Dekabr 2024 00:55

Qazaxıstanda da, Azərbaycanda da bizə çox yaxşı baxırlar, hər iki ölkənin həkimlərindən razı qaldım.

Milli.Az xəbər verri ki, bunu AZAL-ın Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasından sağ çıxan Nurulla Siracov deyib.

"Lap yaxşı baxırlar mənə, bundan yaxşısı olmur. Az öncə qızım və yeznəm gəlmişdi. Onlar Bakıdadırlar. Gəlib mənlə görüşüb və getdilər. Qalanları ilə də görüşəcəm ya evdə, ya da bura gələrlər. Bircə bilmək istəyirəm ki, yoldaşım yaxşıdırmı? İnşallah görüşərik. Təyyarədə yan-yana oturmuşduq. Ondan sonra mən onu görməmişəm. Onun üçün çox darıxıram," - Nurulla Siracov qeyd edib. /APA

Milli.Az