Samir Dərvişov: Bizə çox yaxşı baxırlar

27 Dekabr 2024 00:47

Hazırda vəziyyətim yaxşıdır, bütün müayinələrdən keçiriblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu təyyarə qəzasında yaralanan Samir Dərvişov bildirib.

"Vəziyyətim yaxşıdır. Bizə çox yaxşı baxırlar. Bütün müayinələrdən keçiriblər. Qazaxıstanda da qayğımıza qaldılar", - o qeyd edib.

Yaralının sözlərinə görə, o, Qroznıya atası ilə birgə gedirdi: "Həm qardaşımı görməyə gedirdik, həm də iş axtaracaqdım".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Milli.Az