“Barselona” ulduz futbolçusunu göndərir

27 Dekabr 2024 17:38

İspaniyanın "Barselona" komandası futbolçusu Frenki de Yonq ilə yollarını ayırmağa hazırlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda vidalaşa bilər. Klub rəhbərliyi 27 yaşlı oyunçunun çıxışından razı deyil.

Futbolçunun İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Frenki de Yonq bu mövsüm "Barselona" forması ilə 13 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az