Təyyarə qəzasında həlak olanlardan 4 nəfərin nəşi Bakıya gətiriləcək

26 Dekabr 2024 19:40

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarından 4 nəfərin nəşi bu gün AZAL təyyarəsi ilə Bakıya gətiriləcək.

Milli.Az xəbər verir ki, bunu bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında Fövqalədə Hallar Nazirinin müavini general-mayor Adil Abdullayev bildirib.

"Digər şəxslərin nəşinin gətirilməsi üçün dövlətin aidiyyəti strukturları tərəfindən işlər aparılır", - o əlavə edib.

Milli.Az