Bu dövlət qurumu ləğv edilir

26 Dekabr 2024 17:51

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidməti ləğv olunduğunu elan edib.

Milli.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetindən məlumat əldə edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Naxçıvan rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 42 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən Dövlət Xidməti 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Məmmədov Azər Xəlil oğludur.

Milli.Az