Qəzaya uğrayan AZAL-a məxsus Embraer ERJ-190 təyyarəsinin göyərtəsində 6 Qazaxıstan vətəndaşı olub.
Milli.Az xəbər verir ki, Qazaxıstanın "KazMunayQaz" şirkətinin kollektivi Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və bildiriblər ki, həlak olanlar arasında şirkətin 2 işçisi də olub:
"Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində həmkarlarımız Baurjan Cumaqulov və Sandibek Tulesinov-un faciəli şəkildə həlak olmasını kədərlə bildiririk. "KazMunaiQaz" "ÖzenMunaiService" və "MunaiFieldService" şirkətlərinin vəfat etmiş əməkdaşlarının qohumlarına və yaxınlarına bütün lazımi yardımı göstərir", - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Nərmin
Milli.Az