Kremldən təyyarə qəzası ilə bağlı açıqlama: "Gözləməliyik"

26 Dekabr 2024 13:32

Kremlin mətbuat katibi Dmitri Peskov "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı iddialara münasibət bildirib. 

Milli.az xəbər verir ki, o,  "Araşdırma başa çatana kimi qəza ilə bağlı irəli sürülən fərziyyələrə münasibət bildirmək düzgün deyil. Biz tədqiqatın sonuna qədər gözləməliyik" sözlərini deyib.

Peskov deyib ki, Kreml ekspertizanı nəticəsi elan olunmayana qədər Aktaudakı təyyarə qəzasının səbəblərini şərh etməyəcək.

Qeyd edək ki, dekabrın 25-də "Embraer 190" sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. Qəzanın kənar müdaxilə nəticəsində baş verdiyinə dair iddialar səsləndirilir.

Nərmin
Milli.Az