Hava limanında xüsusi guşə yaradılıb - FOTO

26 Dekabr 2024 12:05

Bu gün saat 12:00-da ölkə ərazisində 1 dəqiqəlik sükut olub.

Milli.Az xəbər verir ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.

Hava limanında təyyarə qəzasında həlak olanların xatirəsini anmaq üçün guşə yaradılıb.

Hava limanının işçiləri ölənləri 1 dəqiqəlik sükutla yad ediblər.

Mehman Əsədov
Milli.Az