Ölənlərdən 7-sinin şəxsiyyəti müəyyənləşdi - RƏSMİ

26 Dekabr 2024 10:47

Aktauda dekabrın 25-də qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin konstruksiyalarını sökməyə başlanılıb.

Milil.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.

Təmizlik işlərində 306 nəfər iştirak edir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, aparılan qəza-xilasetmə əməliyyatları nəticəsində 3-ü azyaşlı olmaqla 29 nəfər xilas edilərək Aktau şəhərinin tibb müəssisələrinə yerləşdirilib.

"Yenilənmiş məlumatlara əsasən, 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvü olmaqla, 38 mərhumun cəsədi tapılaraq məhkəmə-tibb mərkəzinə təhvil verilib. 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib", - məlumatda deyilir.

Xatırladaq ki, dekabrın 25-də yerli vaxtla saat 11:30-da Bakıdan (Azərbaycan) Qroznıya (Rusiya) uçan "Azərbaycan Hava Yolları"nın təyyarəsi Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. 

Nərmin
Milli.Az